1927-ci ildə keçirilən ilk siyahıyaalmadan sonra əhalisi 6 dəfə artan Türkiyədə yaşlı əhalinin nisbəti yüzdə 10,2-yə yüksəlib.
Pulika.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti dövründə ilk siyahıyaalmada 13 milyon 648 min 270 olan əhalinin sayı keçən il 85 milyon 372 min 377 nəfər olub.
Ötən ilin sonunda 65 və daha yuxarı yaşda olan əhalinin sayı 8 milyon 722 min 806 nəfərə çatıb. Bu səbəbdən Türkiyə BMT-nin meyarlarına görə “çox yaşlı əhalisi olan ölkə” kimi təsnif edilməyə başlanıb.
Əhali proqnozlarına görə, yaşlı əhalinin ümumi əhaliyə nisbətinin 2030-cu ildə 12,9 faiz, 2040-cı ildə 16,3 faiz, 2060-cı ildə isə 22,6 faiz olacağı proqnozlaşdırılır.
Roza Şəfiyeva