Ukrayna prezidenti Vladimir Zelenskinin İtaliyanın Forte dei Marmi şəhərindəki villası satışa çıxarılsa da, alan olmayıb.
QÜTB.AZ xəbər verir ki, villa Liquriya dənizinin sahilində yerləşir. Cəlbedici yerləşməsinə baxmayaraq, alıcılar villanı almaqda maraqlı deyil, nəticədə o, satış siyahısından itib.
Yerli daşınmaz əmlak agentliyi "RİA Novosti"-yə deyib: “Villa bir vaxtlar satışda idi, amma indi yox, satılmır".
Agentlik qeyd edib ki, Zelenskinin əmlakına bitişik digər villalar təxminən 2,5-3,0 milyon avroya satılır.
Bundan əvvəl villanın bir neçə turist tərəfindən icarəyə götürüldüyü bildirilirdi. Belə mənzillərin kirayəsi maraqlananlara təxminən 50-70 min avroya başa gəlir.
Xatırladaq ki, 2021-ci işdə Vladimir Zelenskinin ailəsinə məxsus malikanənin 4,5 milyon avroya satıldığı ilə bağlı xəbər yayılmışdı. Məlumata görə, Zelenski və xanımı Yelena 2015-ci ilin avqustunda İtaliyada 413 kvadrat metr sahəsi olan villa alıblar. Onlar əmlak üçün 3,164 milyon avro ödəyiblər. İki mərtəbədən ibarət olan evin saunası, trenajor zalı, masaj salonu, işçilər üçün xüsusi sahəsi, siqnalizasiya və videomüşahidə sistemi mövcuddur.
Akqabay