"Bayern" "Tottenhem"dən ingilis hücumçu Harri Keyni transfer etdikdən sonra titul qazana bilməyib.
QÜTB.AZ xəbər verir ki, Münhen klubu ötən gün altıncı belə fürsətini əldən verib. Komanda Almaniya kubokunun 1/8 finalında “Bayer”ə minimal hesabla məğlub olub.
Keyn heyətində olduğu iki yarımçıq mövsümdə "pivəçilər" iki dəfə Almaniya kubokunda erkən mübarizədən kənarlaşdırılıb. Bundan başqa, 2023-cü ilin yayında Almaniya Superkubokunu itirib. 2023/2024 mövsümündə isə Bundesliqanı yalnız üçüncü yerdə bitirib.
Bundan əlavə, "Bavariya" Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"a ümumi hesabda (2:2, 1:2) uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, Keyn karyerası ərzində hələlik bir kubok qazanmayıb.
Xatırladaq ki, Harri 2023-cü ilin yayında 95 milyon avroya “Tottenhem”dən “Bayern”ə keçib. Bu mövsüm ingilis forvard bütün turnirlərdə 19 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun Bavariya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir. "Transfermarkt"a görə futbolçunun təxmini dəyəri 100 milyon avrodur.
Qutb