Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə birlikdə çəkilmiş videosunu dərc edib.
Publika.az xəbər verir ki, Çeçenistan rəhbəri görüntülərdə nə dediklərini təxmin edən hər kəsə 1 milyon rubl mükafat vəd edib.
Kadırov videonu Teleqram kanalında yayımlayıb. O vurğulayıb ki, mükafat təkcə düzgün cavaba deyil, həm də ətraflı cavaba görə veriləcək.
Çeçenistan rəhbəri qeyd edib ki, onu müşayiət edənlərdən bəziləri iki ölkənin liderləri ilə söhbətin məzmunundan xəbərdardır. Bununla belə, Kadırov qeyd edib ki, ona düzgün cavabın internetə sızmayacağına dair zəmanət veriblər.
Akqabay