"Real" "Çelsi"yə argentinalı yarımmüdafiəçi Enzo Fernandesi fransız orta xətt oyunçusu Orelyen Çuameni ilə dəyişməyi təklif edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "El Gol Digital" məlumat yayıb.
Mənbənin sözlərinə görə, sövdələşmə tərəflərdən birinin əlavə ödənişi olmadan da baş tuta bilər.
2024/25 mövsümündə Orelyen Çuameni klub səviyyəsində 24 oyun keçirib, 1 məhsuldar ötürmə edib. Enzo Fernandes isə 25 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.
Qutb