02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Azərbaycan Mərkəzi Bankı onlayn lisenziya verəcək

25 yan 2024 09:00
GÜNDƏM
ads

Azərbaycan Mərkəzi Bankı (AMB) sahibkarlara lisenziyaları elektron platforma üzərindən - onlayn şəkildə verməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bunu qurumun şörə rəisi Ramil Mahmudov Bakıda keçirilən "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda tədbir çərçivəsində təşkil olunmuş "Azərbaycanda informasiya və texnologiya sektoru: problemlər və imkanlar” adlı "dəyirmi masa"da bildirib.

"Bu ildən iqtisadiyyatın bir sıra sektorlarında fəaliyyət göstərən sahibkarların AMB ilə işinin asanlaşdırılması üçün elektron platformalar yaradılıb. Bunlardan biri də lisenziyaların elektron platforma üzərindən verilməsidir. Artıq bu istiqamətdə işlərə başlanılıb. Həmin platforma istifadəyə verildikdən sonra kağız daşıyıcılarında əməliyyat aparılması ilə bağlı zərurət qalmayacaq. Çünki həmin platformaya bir sıra dövlət qurumlarının informasiya sistemləri inteqrasiya olunacaq", - deyə o qeyd edib.

R.Mahmudov əlavə edib ki, hazırda AMB-nin elektron müraciət sistemi fəaliyyət göstərir: "İstənilən sahibkar quruma müraciət edib rəsmi şəkildə cavab ala bilər".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur