Tomskda polis 56 yaşlı bədən tərbiyəsi müəllimini beşinci sinif şagirdinə sataşmaqda şübhəli bilərək saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb .
Müstəntiqlər müəllimə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsi (“Seksual xarakterli zorakılıq hərəkətləri”) ilə cinayət işi açıblar. Məlum olub ki,o, 1998-ci ildə qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib.
Telekanalın məlumatına görə, uşağın valideynləri bildiriblər ki, noyabrın əvvəlindən dekabrın sonuna kimi gimnaziya müəllimi oğluna qarşı cinsi zorakılıq edib.
Bu barədə anasına oğlan özü məlumat verib. O, əvvəlcə baş verənləri danışmağa utansa da, sonra dözə bilməyib və ailəsinə danışıb.
Bundan əvvəl Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları 49 yaşlı Əməkdar məşqçisini 13 yaşlı şagirdi zorladığına görə saxlayıblar.