28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Erməni kilsəsi ilə "Qarabağ klanı" Azərbaycana qarşı birləşir: Qərbin məkrli planı

08 yan 2024 06:00
GÜNDƏM
ads
Advertisement

Ermənistanda kilsə və hakimiyyətin qarşıdurması açıq müstəviyə keçir. Və bu qarşıdurmada əsas motiv Qarabağ məsələsidir. II Qaregin Ermənistanın daxili parçalanma təhlükəsi ilə üzləşdiyini bildirib. İddia edib ki, Qarabağı da buna görə “itiriblər”. Və bütün erməniləri Azərbaycana qarşı mübarizəyə səsləyib. Kilsənin erməni terroru və iddialarında əsas rol oynadığını nəzərə alsaq, Qareginin çağırışının Azərbaycan-Ermənistan sülh danışıqlarına ciddi problem yarada biləcəyi görünür. Paşinyan hakimiyyəti Qareginin mövqeyini qəbul etməsə də, kilsənin bu çağırışı erməni revanşizminin davam edəcəyindən xəbər verir. Hətta sülh sazişi imzalansa belə, erməni iddialarının davam edəcəyi istisna deyil.

Ehtiyatda olan general Yücel Karauz məsələ ilə bağlı Publika.az-a açıqlamasında qeyd edib ki, Qərbdə xristianlıq, katoliklik və pravoslavlıq daxil olmaqla kilsə və dini qurumlar əsrlər boyu siyasətlə məşğul olublar:

“Demək ki, bu qaçılmaz faktdır. Hər hansı müsəlman coğrafiyasında din və ya dini lider siyasətə münasibət bildirsə, çox fərqli islamafobik yanaşmalarla fərqli qiymətləndirmələr edilir. Amma bu, Qərbdə adi bir praktikadır. Ona görə də Ermənistandakı erməni kilsəsinin sülhün qarşısını almaq üçün Paşinyana qarşı fəaliyyəti Qərbin bu revanşist hissi “Qarabağ klanı” ilə birləşdirməyə son cəhdidir. 2024-cü ilə qədəm qoyduğumuzdan bəri dörd il ərzində hər cür şeyləri sınadılar. Uğursuz oldular və indi son bir cəhddə bunu kilsə, din vasitəsilə etməyə çalışırlar. Görünən odur ki, erməni kilsəsi qatillərlə, “Qarabağ klanı” ilə əməkdaşlıq edir”.

Politoloq əlavə edib ki, bu, faktiki olaraq Ermənistanın daxili siyasi təlatümləri baxımından mümkün yeni inkişaf ssenarisi deməkdir:

“Amma erməni xalqı artıq bu oyunlara gəlməyəcək. Bundan sonra heç bir güc erməni siyasətçiləri, elitası və xalqını sülh masasından qaldıra bilməyəcək. Hansısa güclər cəhd edə bilər, lakin bu asan yol olmayacaq. Nəsə etmək istəsələr, bunun bədəlini də ödməli olacaqlar. Bizim mövqeyimiz kilsənin, köhnə klanların və Fransanın nə deməsindən asılı olmayaraq, haqqımızı tələb edərək yolumuza davam etməkdir”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur