Aİ ilə yeni gündəm Ermənistana heç nə verməyəcək, çünki Aİ-nin özünün əslində heç bir gündəmi yoxdur.
Publika.az xəbər verir ki, bunu fevralın 16-da jurnalistlərlə söhbətində Ermənistan müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublika Partiyasının üzvü Artak Zakaryan deyib.
“Aİ-nin bir gündəliyi var - Rusiya Federasiyasına mümkün qədər çox zərər vuran Rusiyaya qarşı müharibə. “Şərq Tərəfdaşlığı”nda görmürəm ki, məsələn, Gürcüstan-Aİ, Ukrayna-Aİ, Moldova-Aİ münasibətləri və bu ölkələrin avropalaşması prosesinin Rusiya ilə münaqişədən başqa gündəmi olsun.
Düşünürəm ki, Ermənistanın bu gündəmə qarışması düzgün olmaz. Bu gün Ermənistan-Aİ arasında belə bir gündəm yoxdur”, - deyə Zakaryan bildirib.
“Bizim Rusiya ilə gündəmimiz varmı” sualına müxalifətçi belə cavab verib: “Rusiya ilə təəssüf ki, bunlar (hakimiyyət) məsələsində bütün gündəmlər uydurma xarakter alıb. Bu gün bir gündəm qalıb - iqtisadi məsələlərin həlli və bu, daha çox təsərrüfat subyektlərinin nümayəndələri vasitəsilə həyata keçirilən prosesdir. Bu, hökumətin siyasətində görünmür”.