İsrail hərbçiləri Livandan yəhudi dövlətinin hava məkanına soxulan şübhəli hədəfi ələ keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.
Qeyd olunub ki, iyunun 17-də səhər saatlarında şübhəli hava hədəfi ölkə sərhədini keçib. Bundan sonra İsrailin hava hücumundan müdafiə sistemləri işə salınaraq ölkənin şimalında dəniz üzərində naməlum obyekti ələ keçirib.
“Protokola uyğun olaraq, hava hücumu sirenləri işə salınmayıb”, - məlumatda deyilir.
Hüseyn İbadlı