Rusiya ilə ehtimal olunan qarşıdurma halında, Britaniya ordusu iki aydan çox davam gətirə bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" Britaniya hərbi rəsmilərinin sözlərinə istinadən yazıb.
“Britaniya Rusiya ilə tammiqyaslı müharibədə iki aydan çox davam gətirməyəcək, çünki bizim sursat və silahımız yoxdur", - mənbə bildirib.
Jurnalistin "bu doğrudurmu" sualını Baş Qərargah rəisinin müavini Robert Maqovan "doğrudur" deyə təsdiqləyib.
Britaniya ordusunun digər nümayəndələri də hesab edirlər ki, ölkə mümkün hərbi münaqişədə uzun müddət mübarizə apara bilməyəcək, bu da xərclərin azaldılması və hərbi personalın çatışmazlığı ilə bağlıdır.
Cəmilə