29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Kirkorov zəng vurub dedi ki..."

01 yan 2024 14:00
GÜNDƏM
ads
Advertisement

"Sənətə olan bu sevgi təmənnasız sevgidir. Əlimdə satmağa nəsə olanda sevinirəm ki, satacam layihə oluram. Get-gedə ağıllanıram. İndi başlamışam düşünməyə. Ünvanıma atılan daşları toplayıb, ev tikirəm".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Söhbət var" verilişində deyib. Müğənni şou-biznes nümayəndələrinə səslənib:

"Deməsinlər şou-biznes yoxdur. Şou da var, biznes də. Sadəcə, çalışmaq lazımdır".

Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorvun ona zəng etməsindən danışıb:

"Filipplə hər zaman yazışırdıq. Bir gün mənə zəng etdi. Deyir ki, Aygün, sənə nə olub? Səndə nə baş verir? Başqa cür görünürsən. Deyir ki, sən hər zaman gözəl qadın olmusan, amma bu başqadır. Bir sözlə cavab verə bilmirəm. Hər tərəfdən toparlananda, bir nöqtəyə vuranda, kiməsə daş atmaq niyyətin olmayanda belə olur. Hər bir insanın uğurunun, zirvədə durmağının, öndə olmağının ən başlıca səbəbi, niyyətidir. Mənə kiminsə yolunu kəsmək yaraşmaz. O dərəcədə ağılsız deyiləm ki, kiminsə yolunu kəsim, sabah da mənim yolumu kəssinlər. Karmamı bunlarla çirkləndirə blmərəm".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur