Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemləri Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının F-16 qırıcılarını Egey və Aralıq dənizlərində beynəlxalq hava məkanında təqib etmək üçün istifadə olunub.
Qutb.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Zenit-raket sistemləri tərəfindən təqibin necə həyata keçirildiyi açıqlanmır.
Telekanal qeyd edir ki, hadisə müttəfiqlik ruhuna uyğun gəlmir. Bu “düşmən hərəkətinə” baxmayaraq, döyüşçülər öz planlı tapşırıqlarını yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar.