ABŞ Qırmızı dənizdəki gəmilərə hücumları fonunda husilərə təsir göstərdiklərini sübut etmək üçün yanvar ayında İranla gizli danışıqlar aparıb.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan Amerika və İran rəsmilərinə istinadən yazıb.
Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən Husi hərəkatı daha əvvəl İsraillə əlaqəsi olan istənilən gəmiyə hücum etmək niyyəti barədə xəbərdarlıq edib. Həmçinin digər ölkələri ekipajlarını geri çağırmağa və onlara yaxınlaşmamağa çağırıb.
Husilər Qırmızı dənizdəki hərəkətlərinin Qəzza zolağındakı fələstinlilərə kömək məqsədi daşıdığını bildirib və onlar bölgədə naviqasiya azadlığına müdaxilə etmədiklərini iddia ediblər.
Cəmilə