01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İnanılmaz fırıldaq: Məşhur mütəxəssis “Apple”dan 2,5 milyon oğurlayıb

09 fev 2024 14:00
GÜNDƏM
ads

Tanınmış kibertəhlükəsizlik mütəxəssisi “Apple”dan qeyri-qanuni yollarla 2,5 milyon dollar qazanıb.

Publika.az xəbər verir ki, "404Media"nın verdiyi məlumata görə, “ZeroClicks”dən Noy Roskin-Frazee “Apple” hədiyyə kartları ilə fırıldaqçılıq ittihamı ilə saxlanılıb və 20 il həbs cəzası ala bilər.

Nəşrin yazdığına görə, Roskin-Frazee mütəmadi olaraq “Apple”a cihazlarında boşluqların aşkar edilməsində köməklik edib və dekabrda şirkət öz saytında ona köməyə görə təşəkkür edib.

İstintaq zamanı məlum olub ki, Roskin-Frazee və onun şəriki “Apple” server sistemində boşluq aşkarlayıb, onun köməyi ilə ekspert şirkətin korporativ VPN-inə çıxış əldə edib və qanunsuz olaraq 2,5 milyon dollar dəyərində hədiyyə kartları alıb.

Məlumata görə, çox vaxt Roskin-Frazee uydurma adlardan istifadə edir, həm də qohumları üçün “AppleCare” zəmanəti alırmış.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur