Bütün dünyada temperaturun yüksəlməsi Körfəz ölkəsi Qətərdə daha çox hiss olunur.
QÜTB.AZ xəbər verir ki, bu barədə Qətər Dövləti Meteorologiya Xidməti xəbərdarlıq edib.
Vətəndaşlara günorta saatlarında birbaşa günəş işığına məruz qalmamaq və bol maye istehlak etmək tövsiyə edilir.
Bu vəziyyətlə mübarizə aparmaq üçün paytaxt Dohada bəzi tədbirlər görülür. Şəhərdə piyadaların cəmləşdiyi bəzi açıq ərazilərdə yeraltı kondisionerlər quraşdırılıb.
Xüsusilə, Qətər Mədəniyyət Kəndi, “Meshayrib” muzeyləri və “Lüseyl” bulvarı kimi turistlərin sıx gəldiyi yerlərdə küçələr yerin altına yerləşdirilən kondisionerlərlə soyudulur.
Roza