Birləşmiş Millətlər Təşkilatı (BMT) "Hizbullah" şiə hərəkatını və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb.
QÜTB.AZ xəbər verir ki, təşkilatın saytında dərc olunan bəyanatda deyilir:
“BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”.
BMT-nin bütün strukturlarının regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcəyi vurğulanıb.