11.08.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Paşinyan Əliyevlə danışıqları barədə Makronu məlumatlandırdı

11 avq 2025 16:00
GÜNDƏM
ads

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Qutb.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, liderlər avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələrinini müzakirə ediblər. Paşinyan “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin” paraflanması, Minsk Qrupunun mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət, regional kommunikasiyaların blokunun açılmasını əks etdirən sənədlərin imzalandığı, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi haqda məlumatları Fransa prezidentinə təqdim edib.

Paşinyan vurğulayıb ki, bölgədə bərqərar olan sülh şəraiti Ermənistanda və regionda yeni investisiya imkanları açır.

Həmsöhbətlər qarşılıqlı olaraq ikitərəfli və beynəlxalq gündəmlər üzrə fəal siyasi dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər. Baş nazir Paşinyan davamlı dəstəyə görə prezident Makrona təşəkkür edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur