Hollivud aktyoru Nikolas Keyc uzun müddətdən sonra ilk dəfə gənc həyat yoldaşı Riko Şibata ilə ictimaiyyət qarşısına çıxıb.
Publika.az xəbər verir ki, 60 yaşlı aktyor 96-cı “Oskar” mükafatlandırma mərasiminə 29 yaşlı Riko Şibata ilə birlikdə qatılıb.
Cütlüyün geyimləri də diqqət çəkib.
Xatırladaq ki, Nikolas Keyc ilə Riko Şibata 2019-cu ildə aktyorun Tokioda çəkilişləri zamanı tanış olublar. Onlar 2021-ci ildə evləniblər. Bir il sonra cütlüyün qızı - Avqusta Françeska Koppola Keyc - dünyaya gəlib.