Belarus xüsusi xidmət orqanları qonşu ölkələrdə diversiya və kəşfiyyat qruplarının hazırlanması barədə məlumatlara malikdir.
Publika.az xəbər verir ki, bunu "Belarus" 1 telekanalının efirində Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib .
Onun sözlərinə görə, Ukrayna, Polşa və Baltikyanı ölkələrin ərazisində, o cümlədən Belarusda hökuməti devirmək üçün müvafiq döyüş hücrələri hazırlanır. Volfoviç bildirib ki, qeyri-qanuni silahlı dəstələr Rusiya və Belarus ərazisindən qaçan şəxslərdən ibarətdir.
"Bizdə bu şəxslərin siyahıları var. Ona görə də biz bu təhdidləri neytrallaşdırmaq üçün müvafiq tədbirlər görürük”, - deyə Təhlükəsizlik Şurasının dövlət katibi bildirib.
Hüseyn İbadlı