14.12.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Ukrayna rus ordusunun müdafiəsini yardı - Kupyanskıda təmizləmə əməliyyatı

14 dek 2025 14:00
DÜNYA
ads

Ukraynanın Müdafiə Qüvvələri Xarkov vilayətinin Kupyansk istiqamətində və şəhərin kənarlarında hücumlarını davam etdirir.

 

Qutb.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında qeyd olunur.

 

Məlumatda qeyd edilir ki, xüsusilə, Ukrayna hərbçiləri Kupyanskın mərkəzində irəliləyib və burada təmizləmə əməliyyatları aparılır.

 

Bildirilir ki, jurnalist və Ukrayna Milli Qvardiyasının “Xartiya” adlı 13-cü operativ təyinatlı briqadasının döyüşçüsü Yuri Butusov Facebook səhifəsində yazıb ki, Ukrayna qoşunları Kupyanskın cənub-qərbində yerləşən Yubileynıy mikrorayonuna tam nəzarət edir. O əlavə edib ki, bu, rusların şəhərin cənubunda qalan istənilən mövqeləri saxlamaq imkanını aradan qaldıracaq.

 

Jurnalistin sözlərinə görə, Ukrayna qoşunları 24 sentyabra qədər Tişçenkovkanı, 9 oktyabra qədər Kondraşovkanı, 11 oktyabra qədər isə Radkovkanı azad edib. Onun bildirdiyinə görə, bu, Ukrayna hərbçilərinə həmin ərazidə Rusiya müdafiəsini yarmağa imkan verib.

 

Butusov həmçinin bildirib ki, Ukrayna hərbçiləri Oskol çayının sağ sahilinə çıxıb və 21 oktyabra qədər Rusiyanın şimaldan Kupyanska gedən yerüstü təchizat xətlərini kəsiblər. Eyni zamanda, ruslar Kupyansk istiqamətində pilotsuz uçuş aparatları üçün yüksək təhlükə zonası yaradıblar.

 

Bundan əlavə, ISW vurğulayıb ki, 12 və 13 dekabr tarixlərində dərc olunan geolokasiya görüntüləri rus diversiya qruplarının hələ də şəhərin şimal və qərb hissələrində mövcud olduğunu göstərir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
162 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur