15.12.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Sidneydə çimərlikdə atışma - 10 nəfər ölüb

14 dek 2025 14:00
DÜNYA
ads
Advertisement

Sidneydə Bondi çimərliyində Hanuka bayramı münasibətilə keçirilən tədbirdə iki silahlı şəxs atəş açıb, nəticədə 10 nəfər həlak olub.

 

Qutb.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlılardan biri öldürülüb, digəri isə tibbi yardım alır.

 

"Onlar Bondi çimərliyində məqsədli şəkildə atəş açaraq 10 nəfəri öldürüblər", - deyə yerli polisdən bildirilib.

 

Həlak olanlar arasında uşaqlar və bir polis zabiti də var.

 

Polisin fikrincə, cinayətkarlar bu hadisəni bir neçə ay ərzində planlaşdırıblar.

 

***

13:32

 

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.

 

Qutb.az-ın "BNO News"a istinadən verdiyi məlumata görə, yayılan videoda əlində tüfəng olan iki silahlı şəxsin atəş açdığı görünür.

 

Polis silahlı şəxslərin tutulması üçün çimərlik ərazisində xüsusi əməliyyat keçirib.

 

"Polis Bondi çimərliyində baş verən insidentə reaksiya verib və ictimaiyyəti bu ərazidən uzaq durmağa çağırıb. Hadisə yerində olan hər kəs təhlükəsiz yerə sığınmalıdır", – hüquq mühafizə orqanlarının "X" sosial şəbəkəsindəki yaydığı məlumatda qeyd olunub.

 

Portal şahidlərə istinadən yeddi nəfərin xəsarət aldığını bildirir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
162 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur