Amerikalı boksçu Mayk Tayson bloqqer Ceyk Pol ilə döyüş ərəfəsində fiziki hazırlığı ilə pərəstişkarlarını heyran edib.
QÜTB.AZ xəbər verir ki, Tayson sosial şəbəkə hesablarında əla formada olduğunu göstərən məşq videosu yerləşdirib.
Boks dünyasının bir çox mütəxəssisi hesab edir ki, Ceyk Pol böyük yaş fərqinə görə qarşıdakı döyüşün favoritidir. Ceykin 27, Maykın 58 yaşı var. Bununla belə, Taysonun pərəstişkarları hesab edirlər ki, təcrübə, bacarıq rol oynayacaq və onun qocalmasına baxmayaraq, onların sevimlisi bloggeri məğlub edəcək.
Mayk Tayson və Ceyk Pol arasında görüş noyabrın 15-də Texas ştatının Arlinqton şəhərində baş tutacaq.
While Jake keeps talking, I’m going to keep training. Going to fuck him up#PaulTyson pic.twitter.com/HlCYaFq4ok
— Mike Tyson (@MikeTyson) October 19, 2024