Londonun ICE birjasındakı ticarət zamanı “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 28 iyun 2023-cü il tarixindən bəri ilk dəfə bir barel üçün 72 ABŞ dollarından aşağı düşüb.
QÜTB.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 18:44-də birjada “Brent” markalı neftin bir barelinin qiyməti 1,02 % ucuzlaşaraq 71,95 ABŞ dollara düşüb.
Bildirilir ki, bu, qlobal iqtisadi fəallığın zəifləməsi ilə bağlı siqnalların bazara təsiri ilə əlaqəlidir.