Konqo Demokratik Respublikasının Cənubi-Kivu əyalətində futbol meydançasına ildırım düşməsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Kalehe rayonunda “Fudre de Maibano” ilə “Karasi” komandaları arasında keçirilən futbol matçı zamanı meydançaya ildırım düşüb.
İldırım vurması nəticəsində biri 3 yaşlı uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Yaralılara rayon xəstəxanalarında tibbi yardım göstərilib.
Eyni bölgədə 5 mart 2024-cü ildə də ildırım vurması nəticəsində 2 nəfər həlak olmuşdu.
Tropik iqlimə malik ölkədə təbii fəlakətlər xüsusilə yağışlı mövsümdə tez-tez baş verir.