Bu gün Xristian dünyası özlərinin ən ali bayramı olan Pasxanı qeyd edirlər. Belə bir gün də ermənilər boş durmayıb və növbəti təxribatçı addımı atıblar. Belə ki, Qüdsdə Müqəddəs Odun alovlanması zamanı erməni keşişləriləri erməni separatçıların bayrağını nümayiş etdiriblər.
Qutb.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki,heç bir zaman erməni xislətini unutmamalıyıq:
"Onların şirin dillərinə, sülh ilə bağlı mesajlarına, şirin vədlərinə inanmamalıyıq. Ermənilərin bizə düşmənçiliyi belə görünür ki, əbədidir. Məğlub olsalar da, darmadağın olsalar da bu düşmənçilik canlarından çıxmır. Demək biz də bu reallıqla daim yaşamalı və gələcəyimizi buna uyğun inşa etməliyik".
Deputat vurğulayıb ki, Azərbaycan ermənilər üçün əlçatmaz olmalıdır:
"Heç nə və heç kim yaddan çıxmamalı, Azərbaycan daim onlar üçün əlçatmaz olmalıdır. Bizim dövlətimiz güclüdür, böyük liderimiz, qəhrəman ordumuz, ayıq-sayıq xalqımız var. Biz bu gücü daim saxlamalı və onu daim inkişaf etdirməliyik. Əminəm ki, Ordumuz, iqtisadiyyatımız, diplomatiyamız bu təhlükəni daim nəzərə alaraq daha da güclü olacaq. Bu yolda hər birimiz çalışmalı, gələcəkdə sağ qalmamız və dövlətimizi itirməmək üçün sayıqlığı qətiyyən əldən verməməli, Prezident İlham Əliyevin yolu ilə durmadan irəliləməliyik. Bu gücün və sayıqlığın nəsildən-nəsilə keçməsini təmin etməliyik".