17.09.25 | Bakı 20.03° C |
10:06:25
Lent :

Ruslar iki ağır hücum planlaşdırır

17 sen 2025 07:00
DÜNYA
ads

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın yaxın günlərdə daha iki “ağır hücum əməliyyatı” keçirməyi planlaşdırdığını bildirib.

Qutb.az xəbər verir ki, Sky News-a müsahibəsində Zelenski Rusiyanın son üç hücumunun uğursuzluqla nəticələndiyini vurğulayıb.

“Rusiyanın bütün irəliləyiş cəhdləri, bütün hücum missiyaları  iflasa uğrayıb. İndi isə onlar iki ağır hücuma hazırlaşırlar. Bu, bizim üçün ciddi siqnaldır,” - deyə dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, Ukrayna ordusu düşmənə ciddi itkilər verib, həm şəxsi heyət, həm də texnika baxımından itkisi böyükdür:

“Ruslar uduzdular, çünki böyük itkilər verdilər. İndi əsas vəzifəmiz əsgərlərimizi həm mənəvi, həm də texniki cəhətdən dəstəkləməkdir. Bizə tərəfdaşlardan silah və maliyyə dəstəyi lazımdır. Maliyyə vəsaiti dron və radio-elektron mübarizə vasitələrinin istehsalına yönəldilir və bu, önəmli üstünlük verir.”

Zelenski, həmçinin xatırladıb ki, yaxın günlərdə Ukrayna ordusu Rusiyanın Sumı istiqamətindəki hücum əməliyyatını tamamilə pozub:

“Döyüşlər hələ də davam edir, lakin rus qoşunları Sumi istiqamətində hücum imkanlarını itirib,” – deyə o bildirib.

Ukrayna lideri beynəlxalq tərəfdaşlara çağırış edərək ölkəsinə daha çox silah və maliyyə dəstəyi göstərməyin vacibliyini vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur