Honq-Konq hava limanından Yaponiyaya göndərilən, ümumi çəkisi 775 kq olan iki hava kompressorunda qızıl gizlənildiyi anlaşılıb.
Publika.az xəbər verir ki, Honq-Konq gömrüyü qızılın dəyərinin rekord həddə olduğunu açıqlayıb. Belə ki, ilkin hesablamalara görə qızılın dəyəri təxminən 10,7 milyon ABŞ dollarıdır.
Bildirilir ki, yükü göndərən şirkətin direktoru saxlanılıb. 31 yaşlı direktoru 7 ilə qədər həbs və 2 milyon Honq-Konq dolları (təxminən 256,4 min ABŞ dolları) məbləğində cərimə gözləyir.