05.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Ağ Evdə tarixi zirvə görüşü: İlham Əliyev, Paşinyan və TRAMP

04 avq 2025 22:00
DÜNYA
ads
Advertisement

Azərbaycan və Ermənistan liderləri bu cümə günü Vaşinqtonda sülhə dair niyyət məktubu imzalamağa hazırlaşırlar.

Qutb.az xəbər verir ki, bu barədə nüfuzlu “Middle East Eye” nəşri regional mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə görüşəcə.

İmzalanacaq sənəd iki ölkənin sülhə doğru öhdəlik götürdüyünü təsdiqləyəcək

Mənbələr bildiriblər ki, bu mərhələ tam sülh sazişi deyil, lakin razılaşdırılmış əsas prinsiplərin yaxın aylarda yekunlaşdırılması üçün mühüm addımdır.

Xatırladaq ki, Azərbaycan və Ermənistan 2024-cü ilin mart ayında sülh sazişi üzrə ilkin razılıq əldə ediblər. Lakin Azərbaycan sülh sazişinin imzalanması üçün iki məsələsinin həll edilməsini istəyir. Bunlardan biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi, digəri Minsk Qrupunun ləğv edilməsidir.

Xatırladaq ki, liderlər arasında sonuncu görüş iyulun 10-da BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilib.

Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Vaşinqtondakı görüş barədə hələlik heç bir tərəf rəsmi məlumat verməyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur