Polşanın Poznan şəhərindəki Polşa Universitetinin kitabxanasında Yakob və Vilhelm Qrimm qardaşlarının şəxsi kolleksiyasından 27 orijinal cild tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qəzetin yazdığına görə, kitablarda müəlliflərin indiyədək heç kimin oxumadığı əlyazma qeydləri var. Mütəxəssislər bildiriblər ki, tapıntı Qrimm qardaşlarının irsini öyrənmək üçün dəyərlidir, çünki bu, onların iş metodu və mövzu seçimi haqqında fikir verə bilər.
Polşanın Adam Mickievicz Universitetinin alimləri qeydləri öyrənmək üçün altı ay vaxt sərf ediblər. Çünki onlar İkinci Dünya Müharibəsi zamanı məhv edildiyini düşündükləri cildi tapmağa çalışırdılar.
Hüseyn İbadlı