"Barselona"nın hücumçusu Rafinya Kataloniya klubunda qalacaq.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Mənbənin sözlərinə görə, komandanın baş məşqçisi Hans Flik 27 yaşlı braziliyalını əsas oyunçu kimi görür. Eyni zamanda Səudiyyə Ərəbistanı klubları isə futbolçu üçün yarışırlar və ona görə 100 milyon avro ödəməyə hazırdırlar.
Braziliyalı vinger 2022-ci ilin yayından kataloniyalıların heyətində çıxış edir. Ötən mövsüm o, 37 matçda iştirak edib, 10 qol vurub və 13 məhsuldar ötürmə edib.
Heybət