04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

İsraildə mübahisəli məhkəmə qanunu ləğv olundu

02 yan 2024 04:00
GÜNDƏM
ads

İsrailin Ali Məhkəməsi məhkəmə islahatları çərçivəsində Nazirlər Kabinetinin qərarlarına yenidən baxmaq səlahiyyətlərini məhdudlaşdıran qanunu ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb.

2023-cü ilin yayında Benyamin Netanyahu hökumətinin məhkəmə islahatları çərçivəsində təsdiqlənmiş ilk qanunun ləğvi barədə qərar Ali Məhkəmə kollegiyasındakı 15 hakimdən 8-nin səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin irəli sürdüyü və Knessetinin (parlament) yekun oxunuşda təsdiqlədiyi məhkəmə islahatlarının birinci qanunu ötən ilin iyulun 26-da qüvvəyə minib.

Məhkəmə islahatlarının mübahisəli elementlərindən biri olan bu qanun Ali məhkəmənin İsrail hökumətinin qərarlarına yenidən baxmaq səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur