"Seçkilərdə uyğunsuzluq müşahidə etmədik. Proses müvafiq qaydada keçirildi. Vətəndaşlar çox aktiv idilər. Müşahidəmə əsasən 80 faizdən daha çox vətəndaş seçkilərdə iştirak edib. "
Publika.az xəbər verir ki, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndəsi Konstantin Vlasis ölkəmizdə baş tutan növbədənkənar prezident seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında səsləndirib.