Xavi "Barselona"nın baş məşqçi postunu daha erkən tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubunun prezidenti Xuan Laporta komandanın hazırkı vəziyyətindən narahat olmağa başlayıb. Ətrafı mövcud vəziyyəti düzəltmək üçün mövsümün sonuna qədər baş məşqçini dəyişməyi məsləhət görür. "Barselona"nın idman direktoru Deku da Xavi ilə bağlı vəziyyətdən məyus olub.
Bildirilir ki, Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə görüşlər ispaniyalı mütəxəssis üçün həlledici olacaq. Komanda qitənin bir nömrəli klub turnirində mübarizəni dayandırsa, Xavi istefaya göndəriləcək.
Qeyd edək ki, “Napoli” və “Barselona” arasında ilk oyun fevralın 21-də, cavab görüşü isə martın 12-də keçiriləcək.
Heybət