İsrail “Hizbullah”ın elit bölməsi olan “Əl-Hacı Radvan Qüvvələri”nin komandir müavini Mustafa Əhməd Şahadinin öldürüldüyünü açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, o, Livanın Nəbatiya şəhəri yaxınlığındakı hava hücumları zamanı ölüb.
Bildirilib ki, Şahadi dəfələrlə İsrailə qarşı hücumlara rəhbərlik edib. 2012-2017-ci illərdə o, Suriyada “Əl-Hacı Radvan Qüvvələri” bölməsinin hərbi əməliyyatlarına cavabdeh olub.
Şahadinin öldürülməsi “Əl-Hacı Radvan Qüvvələri”nin imkanlarının zəiflədilməsi istiqamətində növbəti addım hesab edilir.