Rusiyanın Kazan şəhərinin “Rubin” komandası ağdamlıların qapıçısı Andrey Lunyevlə maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə mətbuatda yayılan məlumatlara “Qarabağ”ının baş direktoru Asif Əsgərov münasibət bildirib.
“Rubin” Lunyevlə bağlı bizimlə əlaqə saxlamayıb. Andrey bizim qapıçımızdır. Biz onu buraxmağı planlaşdırmırıq”, – deyə funksioner “Sport Ekspress”ə bildirib .
Bu mövsüm 32 yaşlı Andrey “Qarabağ”ın heyətində 15 oyun keçirib və 14 qol buraxıb. Transfermarkt portalı qapıçının dəyərini 1 milyon avro qiymətləndirir.