Donald Tramp ABŞ-ın prezidenti seçildiyi təqdirdə milyarder İlon Maskı müşaviri təyin edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.
Xəbərdə Mask və Trampın mart ayından etibarən hər ay bir neçə dəfə telefonla danışdığı bildirilib.
Mart ayında milyarder Nelson Peltzin malikanəsində görüşən ikili mühacirlər də daxil olmaqla bir çox mövzunu müzakirə ediblər.
Qeyd edək ki, Mask Trampın prezidentliyinin ilk dövrlərində qısa müddət ərzində müşavir vəzifəsində çalışıb. Lakin Trampın 2017-ci ildə ABŞ-ı Paris İqlim Sazişindən çıxarmasından sonra vəzifəsini tərk edib.
Roza