İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalant Qəzza zolağında hərbi əməliyyatların davam edəcəyini bildiriblər.
Bu barədə Publika.az xarici mətbuata istinadən xəbər verir.
Netanyahu İsrailin cənubundakı “Nevatim” Hərbi Hava Bazasına baş çəkib. Baş nazir bildirib ki, Qəzzada əməliyyatlar məqsədə çatana qədər davam edəcək.
"Heç kim bizi yanlış mühakimə etməməlidir. Qələbəyə qədər havadan, qurudan və dənizdən döyüşməyə davam edəcəyik", - İsrailin hökumət başçısı deyib.
Müdafiə naziri Qalant da Qəzzada əməliyyatların davam etdiriləcəyini bildirib.
"Qəzzada girovlar olduğu müddətdə müharibəni bitirə bilmərik. Girovları geri qaytarmağın yolu hərbi təzyiqdir", - Qalant hərbi hissəyə səfəri zamanı vurğulayıb.