31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Bu mif də dağıldı: Sistemlərin müalicəvi təsiri yoxdur

18 yan 2024 00:00
GÜNDƏM
ads

Türkiyəli həkim Afşin Emre Kayıpmaz infeksiyaya yoluxmuş xəstələrin sistemlərdən istifadə etməsinin allergiyaya səbəb ola biləcəyini deyib.

Publika.az xəbər verir ki, Etlik Şəhər Xəstəxanası Baş həkim müavini Dos. Dr. Afşin Emre Kayıpmaz havalar soyuduqca tənəffüs yolu infeksiyalarının artdığını açıqlayıb:

“Ancaq bunun böyük əksəriyyəti ambulator xəstələrdən ibarətdir. Xüsusən də təcili yardıma müraciətlər pik həddə çatıb. Hazırda müraciətlərin sayı nisbətən azalıb və vəziyyət stabildir. Tənəffüs yolu infeksiyalarında dövri artım və azalmalar son dərəcə normaldır”.

Kayıpmaz həkimlərin tövsiyəsi olmadan antibiotik istifadəsindən çəkinmək lazım olduğunu vurğulayıb:

“Xəstələr qızdırmasalıcı sistemlər üçün, hətta bu sistemlərə müxtəlif vitaminlərin əlavə edilməsi xahişi ilə təcili yardıma müraciət edirlər. Halbuki sistem duzlu su deyə biləcəyimiz mayedir və onun xəstəliklərin müalicəsində heç bir təsiri yoxdur. Ev şəraitində qəbul edilə bilən ağrıkəsicilər və qızdırmasalıcı dərmanlar da bu məqsədə xidmət edir. Bu vasitələrin qəbulu ciddi allergik reaksiyaya səbəb ola bilər".

O, xəstəliklərdən qorunmaq üçün balanslı qidalanma, bol su istehlakı və nizamlı yuxunun vacib olduğunu bildirib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur