Maldiv Respublikası adaların okean ərazilərini izləmək məqsədilə Türkiyədən gətirilən hərbi pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün xüsusi baza yaradır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, baza beynəlxalq hava limanının yerləşdiyi Maafaru adasının şimalında yaradılır.
Qeyd edık ki, bir qrup Maldiv hərbi qulluqçusu hazırda Türkiyədə PUA-lardan istifadə üzrə təlim keçir.