Hindistanın qərbində 15 nəfər naməlum xəstəlikdən dünyasını dəyişib.
QÜTB.AZ xəbər verir ki, indiyədək aparılan testlər H1N1 qrip virusu, donuz qripi, Krım-Konqo hemorragik qızdırması, malyariya və danq qızdırması ehtimalını istisna edib.
Vəfat edən şəxslərin ölüm səbəblərini və virusun mənşəyini dəqiq müəyyən etmək üçün araşdırmalar davam etdirilir.