ABŞ prezidenti Co Baydenin Donald Trampla uğursuz debat performansından sonra Demokratlar Partiyası xaos içindədir.
Publika.az xəbər verir ki, bu barədə amerikalı sahibkar və milyarder Devid Saks X sosial şəbəkə səhifəsində yazıb.
"Demokratik partiya xaos içindədir. Çünki partiya prezidentin vəziyyəti ilə bağlı həqiqəti gizlədib və alternativ namizədin meydana çıxmasının qarşısını almaq üçün ilkin seçkiləri onun xeyrinə saxtalaşdırıb", - Saks bildirib.
Eyni zamanda, Co Bayden özü debatdakı çıxışını ümumi vəziyyətinin əksi deyil, pis epizod adlandırıb.
Cəmilə