Fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürməyə cəhddə ittiham olunublar.
Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Bildirilib ki, özünü fransız kino ulduzunun keçmiş həyat yoldaşı adlandıran Hiromi Rollin bu barədə prokurorluğa açıqlama verib.
Rollinin dediyinə görə, o, Delonla birlikdə yaşayanda isveçrəli həkimlərin müşahidəsi sayəsində aktyorun vəziyyəti stabil olub. Qadın sənətçinin evini tərk etmək məcburiyyətində qaldıqdan sonra prokurorluğa ünvanlanmış məktuba görə, o, həkimlə planlaşdırılan bir neçə görüşü buraxıb.
Rollin Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda günahlandırıb. Sübut olaraq, o, Delon qardaşları ilə bacısı Anuşka arasında yazışmaları da göstərib. Burada aktyorun oğlu Entoni atasının kimyaterapiyasını dayandırmağı təklif edib, belə müalicənin "yalnız qaçılmaz ölümü sürətləndirdiyinə inanaraq, şirəçəkən alıb ona şirələr verməyi təklif edib.
Vəkil deyib ki, Rollin yazdığı məktubda, Delonun uşaqlarının bu cür hərəkətlərinin qətlə cəhd kimi qiymətləndirilə biləcəyini qeyd edib.
Hüseyn İbadlı