İngiltərə Premyer Liqasının 22-ci turunda səfərdə "İpsviç Taun"u qəbul edən "Mançester Siti" 6:0 hesablı qələbə qazanıb.
QÜTB.AZ xəbər verir ki, bu, ispan mütəxəssis Pep Qvardiolanın rəhbərliyi altında komandanın 6 və ya daha çox qol vurduğu 13-cü oyundur. Bu barədə "Squawka" məlumat yayıb.
Qvardiola bu göstəricidə “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Vengerə çatıb. O, “Mançester Yunayted”lə 14 belə oyun keçirmiş ser Aleks Ferqyusondan geri qalır.
“Şəhərlilər” Premyer Liqada 22 turdan sonra 38 xal toplayaraq turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Lider isə 50 xal toplayan "Liverpul"dur.
Qutb