01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İrəvanda yanacaqdoldurma məntəqəsinə basqın: Yaralılar var

02 mar 2024 10:00
GÜNDƏM
ads

Bu gün, martın 2-də İrəvanda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər veririk, bu barədə “shamshyan.com” saytı məlumat yayıb.

Saat 04:55 radələrində Şenqavit rayon polisinə Heratsi adına 1 saylı Universitet Xəstəxanasından xəstənin sol baldır nahiyəsinin yarası ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat daxil olub.

Şamşyanın sözlərinə görə, xəstəxanada həkimlər polisə yaralı xəstənin əməliyyat otağında olduğunu və izahat verə bilməyəcəyini bildiriblər.

Məlum olub ki, 54 yaşlı İrəvan sakini Samvel A. yaralanıb.

Polis həmçinin müəyyən edib ki, zərərçəkmiş Arşakunyats prospektində, Şenqavit rayonunda İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin binasının yanında yerləşən “Maks Oil” yanacaqdoldurma məntəqəsində xəsarət alıb.

Mənbənin məlumatına görə, saat 04:30 radələrində odlu silahla silahlanmış iki maskalı şəxs yanacaqdoldurma məntəqəsinin ərazisinə soxularaq işçilərin qarşısında tələblər irəli sürsələr də, sonuncular onlara tabe olmayıb, ərazini tərk etməyi tələb ediblər, nəticədə əlbəyaxa dava olub. Hücum edənlərdən biri atəş açıb, digər ikisi isə qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur