29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Diyetoloq tez arıqlamağınıza kömək edən mikroelementləri açıqladı

14 yan 2024 13:00
GÜNDƏM
ads

Dietoloq Yelena Tixomirova tez arıqlamağa kömək edən mikroelementləri sadalayıb.

Publika.az xəbər verir ki, bu barədə ekspert "Sport Express" qəzetinə müsahibəsində deyib.

"B vitaminləri, həmçinin C, D vitaminləri, kalsium və maqnezium sağlam qidalanma və fiziki fəaliyyətlə birlikdə orqanizmdə yağ yandırma proseslərini sürətləndirə bilər. Beləliklə, balıq, toyuq əti, süd, yumurta və bananda olan B vitaminləri daxil olan qidaları enerjiyə çevirməyə kömək edir, həmçinin həzmi təşviq edir, dərinin vəziyyətini yaxşılaşdırır, depressiya və narahatlıqla mübarizə aparmağa kömək edir", - diyetoloq qeyd edib.

Mütəxəssis əlavə edib ki, D vitamini qidadan yağları əridir, həm də beyin və sinir sisteminin fəaliyyəti üçün son dərəcə faydalıdır.

"C vitamini isə yağ yataqlarının oksidləşməsini sürətləndirir. Orqanizmdə kifayət qədər kalsiumun olması piylənmə riskini azaldır, sümüklərin, saçların və dırnaqların vəziyyətini yaxşılaşdırır. Maqneziuma gəlincə, o, insulin və qanda şəkər səviyyəsinə nəzarət edir, bu da kökəlmək riskini azaltmağa kömək edir", - Tixomirova yekunda bildirib.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur