Fransa prezidenti Emmanuel Makron və İordaniya kralı II Abdullahın Yaxın Şərqdə gərginliyin artmasından dərin narahat olduqları bildirilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Yelisey Sarayından açıqlama verilib.
Bildirilib ki, Makron Abdullah ilə telefonla danışıb. Danışıq zamanı hər iki tərəf nəyin bahasına olursa olsun regional hərbi eskalasiyanın qarşısının alınmasının zəruriliyini vurğulayıblar.
Açıqlamada Makronun “Fransanın diplomatik planda, xüsusən də Mavi Xətdə (Livan-İsrail sərhədini təmsil edən) gərginliyin azaldılmasına töhfə vermək öhdəliyini təkrarladığı” qeyd edilib.
Həmçinin Fransanın İordaniya da daxil olmaqla regional və beynəlxalq tərəfdaşları ilə ortaq sülhə nail olmaq üçün çalışdığı bildirilir.
Roza Şəfiyeva