Ermənistan parlamenti yaxınlığında etiraz aksiyaları və polislə toqquşma zamanı xəsarət alanların sayı 101-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Söhbət mülki şəxslərdən və polis əməkdaşlarından gedir.
Onların 85-nə tibbi yardım göstərildiyi və evə buraxıldığı qeyd edilir. Dünən qumbaranın partlaması nəticəsində zədələnərək əli amputasiya edilən xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, qarşıdurma zamanı polis etirazçıları dağıtmaq üçün səs qumbarasından istifadə edib. Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə iş başlayıb.
***
Ermənistan parlamentinin binası qarşısında baş verən etirazlarda xəsarət alanların sayı 98-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəsarət alanların 17-si polis əməkdaşıdır.
***
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, İrəvanın Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.
Publika.az xəbər verir ki, zərərçəkənlər arasında polis əməkdaşları da var.
Ölkənin Daxili İşlər Nazirliyi isə 6 polis əməkdaşının xəsarət aldığını açıqlayıb.
Qeyd edək ki, polis etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib.
***
Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma nəticəsində 7 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun sayın arta biləcəyini istisna etmir.