Qətlə yetirilən polislər -FOTO
Litvada prezident seçkiləri başladı
Litvada müstəqillik dönəmindən sonra səkkizinci prezident seçkiləri keçirilir.
QÜTB.AZ TASS agentliyinə istinadən verdiyi məlumata görə, prezident seçkiləri ilə eyni vaxtda ikili vətəndaşlığın tətbiqi ilə bağlı referendum keçirilir.
Yerli vaxtla saat 07:00-da başlayan səsvermədə təxminən 1900 seçki məntəqəsi xidmət göstərir.
Ölkədə 2,889 milyon sakin və xaricdəki vətəndaşlardan 2385 nəfəri səsvermə hüququna malikdir.
Onların sayı 2019-cu ilin son prezident seçkiləri ilə müqayisədə əlverişsiz demoqrafik vəziyyətə görə 99,7 min nəfər və ya 4% azalıb.
Litva Prezidenti birbaşa gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Namizədlər üçün 40 yaş həddi, habelə mənşəyinə görə Litva vətəndaşı olmaq və ən azı son üç il ərzində ölkədə yaşamaq tələbi var.
Dövlət başçısı postu uğrunda 8 namizəd mübarizə aparır.
Onlardan 4-ü siyasi partiyalar, 4-ü isə müstəqil şəkildə namizədliyini irəli sürüb.
Əsas mübrizə ikinci müddətə prezident olmaq istəyən 59 yaşlı Gitanas Nauseda, baş nazir, 49 yaşlı İnqrida Simonite və müstəqil namizəd, 48 yaşlı İqnas Vegele arasında gedəcək.
Əgər heç bir namizəd 50%-dən çox səs tolamazsa iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.