Şimali Koreya Prezidenti Kim Çen In atom silahları üçün nüvə materiallarının istehsalını genişləndirməyi əmr edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Koreyanın səsi" dövlət radiosu məlumat yayıb.
Koreya lideri müvafiq göstərişi Nüvə Silahları İnstitutuna işgüzar səfəri zamanı verib.
“Kim Çen In atom silahları üçün nüvə materialının istehsalını artırmaq üçün uzunmüddətli planda mühüm məqsədləri qeyd edib”, - deyə hesabatda bildirilir.
Bundan bir qədər əvvəl Kim Çen In Koreya Fəhlə Partiyasının güclü ordu yaratmaq siyasətinin tərkib hissəsi kimi hərbi-dəniz bazasının tikintisinə hazırlıqla tanış olub. Qeyd olunur ki, KXDR tərəfi dəniz qüvvələrinin (Dəniz Donanması) gücləndirilməsini özünün təxirəsalınmaz vəzifəsi hesab edir.
Hüseyn İbadlı